Türk dünyasının “Məsəlçi dədə”si 35 cildlik kitab yazıb

Türk dünyasının “Məsəlçi dədə”si 35 cildlik kitab yazıb backend

Türk dünyasının “Məsəlçi dədə”si, türk nağıllarının məşhur araşdırıcısı, türkiyəli yazıçı-alim Yücel Feyzioğlu 35 cildlik kitab yazıb.


AZƏRTAC “TRT Avaz” telekanalına istinadla xəbər verir ki, alim ümumilikdə üç min illik Türk dünyasını əhatə edən nağılları araşdıraraq türk xalqlarının milli nağıl qəhrəmanlarını gündəmə gətirib. Ömrünün 30 ildən çox hissəsini nağılların araşdırılmasına sərf edən Yücel Faizoğlu, Mərkəzi Asiya, Mesopotamiya, Anadolu ərazilərində yaşayan və vaxtı ilə yaşamış türk toplumlarının nağıllarını araşdırıb. Alim bildirib ki, türk dünyasından topladığı nağılların sayı 2 mindir.

Qeyd edək ki, dünya şöhrətli alim nağıl qəhrəmanlarının adını gündəmə gətirməklə, həm də uşaqların tarixə və milli dəyərlərə bağlılığını özü üçün əsas məqsəd hesab edir.
Diaspora