Bu gün mərhum bəstəkar Emin Sabitoğlunun anım günüdür. Lent.az-ın məlumatına görə, mərhum bəstəkar 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. O, 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru işləyib. Bundan başqa Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) çalışıb. Mərhum 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib.
Qeyd edək ki, Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.Bu gün Emin Sabitoğlunun anım günüdür

