"Azdrama"dan aktyorların əlbəyaxa davası ilə bağlı açıqlama

"Azdrama"dan aktyorların əlbəyaxa davası ilə bağlı açıqlama backend

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ("Azdrama") Bədii Şurada baş verən insidentə münasibət bildirib.

Teatrdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, aprelin 4-də Bədii Şuranın iclası zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaşanıb.

"Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu, yəni yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda üç tamaşanın məşqi aparılır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, mətbuatda Akademik Milli Dram Teatrında aktyorlar və rejissorlar arasında insident yaşanması ilə bağlı məlumat yayılıb. İnsidentə səbəb "Azdrama"ya başqa teatrdan aktyorların dəvət olunması göstərilib.

Diaspora