Aprelin 6-na keçən gecə Aktaunun 2025-ci il “Türk dünyasının mədəniyyət paytaxtı” statusu alması şərəfinə konsert təşkil olunub.
QAZİLER.AZ Publika.az-a istinadla xəbər verir ki, Xəzər sahilində keçirilən genişmiqyaslı tədbirə 100 mindən çox tamaşaçı toplaşıb.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin məlumatına görə, dron operatorları əvvəlcə bayrama 50 minə yaxın insanın qatıldığını hesablasa da, sonradan onların sayının 100 minə çatdığı məlum olub.
Bayram proqramına türk dünyasının ortaq mədəni irsini təmsil edən xoreoqrafik və vokal qruplarının çıxışları daxil edilib.
Səhnədə Qazaxıstanın və TÜRKSOY-a üzv ölkələrin ulduzları çıxış ediblər: Dimaş Kudaibergen , Kalifarniya (Qazaxıstan), Meirbek Atabekov (Qırğızıstan), Roza Zərgərli (Azərbaycan), "Yalla" qrupu (Özbəkistan)


