Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbinə və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktorlar təyin edilib.
Nazirlikdən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq Məmməd Həsən oğlu Quliyev 21 nömrəli Musiqi Məktəbinin, Fikrət Vəli oğlu Budaqov isə 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin ediliblər.
Bu təyinatadək M.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F.Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb.