Bu gün Tiflisdə “Dünyadakı sarsıntılar dönəmində kim duruş gətirəcək?” (В эпоху мировых потрясений: кто устоит?) mövzusunda ikigünlük Beynəlxalq Qafqaz Media Forumu başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir "Qruziya i mir" qəzetinin və Rusiyada fəaliyyət göstərən "Sever-Yuq" Siyasi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Foruma Cənubi Qafqaz ölkələri, Rusiyadan olan KİV nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər qatılıb."Sever-Yuq" Siyasi Mərkəzinin direktoru Yuliya Yakuşeva çıxışında forumun artıq üçüncü dəfədir, keçirildiyini qeyd edib. Tədbirdə "Danışır Moskva" radiostansiyasının direktoru Vladimir Mamontov "Hökmranlıq əsrinin sonu" adlı məruzə ilə çıxış edib. Məruzə ilə bağlı forum iştirakçılarının sualları cavablandırılıb.
Forum çərçivəsində panellərdə diskussiya və gənc jurnalistlərlə ineraktiv oyunlar təşkil olunacaq.
Tədbir sabah davam edəcək.