Reza Zərrab özünə 3 gün 3 gecə toy etdi - Fotolar

Reza Zərrab özünə 3 gün 3 gecə toy etdi - Fotolar backend

Əslən Cənubi Azərbaycandan olan tanınmış iş adamı Reza Zərrab ikinci dəfə ailə qurub.

QAZÍLER.AZ  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Mayamidə Dilara Altıntop adlı menecerlə nikah bağlayıb.

Reza özünə 3 gün 3 gecə toy edib.

Dəbdəbəli mərasimdə türkiyəli müğənni Demet Akalın və İbrahim Tatlıseslə keçmiş xanımı Derya Tuna da iştirak edib.

Ümumilikdə 150 nəfərin iştirak etdiyi toy 3 gün fərqli məkanlarda keçirilib. Birinci məclis lüks hotellərin birində baş tutub. Onlar ikinci gün Atlantik okeanında yaxta turuna çıxıblar. Həmin günün sonunda Reza ilə xanımının şərəfinə atəşfəşanlıq edilib.

Əsas toy məclisi isə Mayamidə “Vizcaya Museum and Gardens”də keçirilib. Məkanda konsept qırmızı rəng üzərində qurulub.

Cütlük fotosessiyadan sonra hotelə ağ rəngli retro maşınla gedib. Toydan öncə qonaqlara şəkil və video çəkilməməsi ilə bağlı xəbərdarlıq edilib. Məclisdən görüntülərin yayılmaması üçün bütün qonaqların telefonları öncədən əllərindən alınıb.

Qeyd edək ki, R. Zərrab daha əvvəl müğənni Ebru Gündeşlə evli olub, onların bir qızı var.

Diaspora