Malayziya Beynəlxalq İslam Universitetində müsəlman ölkələrinin ənənəvi mədəniyyət festivalı təşkil olunub.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin milli stendləri, kitab sərgisi, İslam xəttatlığı müsabiqəsi, ölkələrin musiqi və mədəniyyətinin təqdimatı təşkil olunub. Azərbaycanın Malayziyadakı səfirliyinin hazırladığı stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı və musiqisi ilə bağlı təbliğat xarakterli materiallar nümayiş etdirilib və ziyarətçilərə paylanılıb.
Tədbir çərçivəsində həmçinin, ölkəmizin tanıtımı ilə bağlı video-çarx nümayiş olunub, Malayziya Beynəlxalq İslam Universitetində təhsil alan tələbələrimiz Hafiz Rəhimov, Şahin Müzəffərov, Aqşin Məmmədov Azərbaycan milli rəqslərini və musiqi nümunələrini ifa ediblər.