Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin tamaşası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın xalq artisti Liliya Sabitovadır.
Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaradıb.Tamaşada əsas partiyaları truppanın aparıcı solistləri Azərbaycanın xalq artisti Gülağası Mirzəyev (Raul), əməkdar artist Samir Səmədov (Migel), Səlminaz Mirzəyeva (Laura) və Veronika Arazova (Tereza) ifa edəcəklər.
Qeyd edək ki, tamaşa ilk dəfə dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında 2013-cü ildə səhnəyə qoyulub.