Azərbaycanın Xalq Artisti, dünya şöhrətli sənətkar Alim Qasımov haqqında Meksikanın ən nüfuzlu radiosu olan Código DF: Radio Cultural en Línea - də veriliş hazırlanıb.
AZƏRTAC xəbər verir ki, həmin verilişdə xanəndə haqqında geniş söz açılıb və sənətkarın oktyabrın 19-dan 23-dək Meksikanın müxtəlif şəhərlərində verdiyi silsilə konsertində səsləndirdiyi musiqi nömrələrindən istifadə edilib. Həmin konsertin təşkilatçısı olan “Discos Corasón S.A.” şirkəti Alim Qasımovu “Ənənəvi musiqi ən yaxşı konsert” nominasiyasında “Lunas del Auditorio” musiqi mükafatına namizədliyini irəli sürüb.