“Ayrılıq bir dənizmiş...” Məşhur bəstəkarın doğum günüdür

“Ayrılıq bir dənizmiş...” Məşhur bəstəkarın doğum günüdür backend

“Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada...” Bu məşhur melodiyanı təsadüfən xatırlamadım. 9 musiqili komediyaya, 40-a yaxın filmə musiqi bəstələyən, 600-dən artıq mahnının müəllifi olan bəstəkardan - Emin Sabitoğludan danışacağıq.

Publika.az xəbər verir ki, Azərbaycan musiqi xəzinəsinə bənzərsiz melodiyalar bəxş edən bəstəkarın bu gün doğum günüdür.

Hər dəfə onun bəstələdiyi “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” və digər mahnıları dinləyəndə feyzyab oluruq, ruhumuza bir sərinlik yayılır.


Xüsusən də üçgünlük, beşgünlük bayağı mahnıları eşidəndə məşhur bəstəkarın ruhu qarşısında baş əyirik. Nə yaxşı ki, dinləməyə belə gözəl, həzin, lirik musiqilərimiz var.


Azərbaycan kinosunun bir çox misilsiz inciləri var ki, o filmləri də Emin Sabitoğlunun musiqiləri bəzəyib - “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “Bizim Cəbiş müəllim”, “İstintaq”, “Park”, “Həm ziyarət, həm ticarət”, “Qanlı zəmi”… Bu gözəl musiqilər həmin filmlərin təsir gücünü birəbeş artırıb.


Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də dünyasını dəyişib. Amma cismən. Hər dəfə məşhur bəstəkar dinlədiyimiz musiqiləri ilə yenidən doğulur. Elə indi də aramızdadır, bizimlədir - gəlin, onu bərabər dinləyək.


Diaspora