ABBA qrupunun üzvü 75 yaşında vəfat edib

ABBA qrupunun üzvü 75 yaşında vəfat edib backend

Əfsanəvi ABBA qrupunun təbilçisi Rocer Palm 75 yaşında vəfat edib,

Qaziler.az bildirir ki, bu barədə İsveçin "Aftonbladet" nəşri xəbər verir.

Ailəsi musiqiçinin Alzheimer xəstəliyinin təsirindən öldüyü barədə bəyanat yayıb.

1949-cu il təvəllüdlü Rocer Palm Gimmicks, Beatmakers, Moonlighters qruplarında çıxış etsə də, ABBA-nın təbilçisi kimi populyarlıq qazanıb. Onun iştirakı ilə "Dancing Queen", "Mamma Mia", "Take a Chance on Me", "Thank You for the Music" hitləri işıq üzü görüb.

QAZİLER.AZ

Diaspora