Almaniyanın Leypsiq şəhərində Motsartın əvvəllər məlum olmayan bəstəsi tapılıb
Almaniyanın şərqindəki Leypsiq şəhərində bəstəkar Volfqanq Motsartın əvvəllər məlum olmayan qısa əsəri tapılıb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 20-də “Le Figaro” qəzeti əsəri tapan Leypsiq kitabxanasına istinadən məlumat yayıb.
Aydınlaşdırıldığı kimi, söhbət təxminən 1760-cı illərin ortalarından axırlarına təsadüf edən ümumi müddəti təxminən 20 dəqiqə olan simli trio üçün yeddi hissəli kompozisiyadan gedir. Tədqiqatçılar bu əsəri kitabxanada Motsartın musiqi əsərlərinin geniş kolleksiyası olan "Köxel" yeni kataloqunu tərtib edərkən aşkar ediblər.
“Görünür, tamamlanmış simli üçlük uğurlu təsadüf nəticəsində Leypsiqdə qorunub saxlanılıb. Pyes, görünür, Motsartın bacısının əli ilə yazılmışdır. O, yəqin ki, bu əsəri qardaşının xatirəsinə saxlayıb”, - tədqiqatçılar əlavə ediblər.
Yeni kataloqda nəşr olunmamış əsər Motsartın ən məşhur əsərlərindən birinə istinad olan "Ganz kleine Nachtmusik" (“Kiçik Gecə Melodiyası”) adlanır.
Əsər ilk dəfə sentyabrın 19-da bəstəkarın doğulduğu Zalsburqda ictimaiyyət qarşısında ifa olunub. Almaniya premyerası sentyabrın 21-də Leypsiq Operasında baş tutacaq.
Volfqanq Amadey Motsart musiqi tarixinin ən böyük bəstəkarlarından biri hesab olunur. Şöhrətinin zirvəsinə 25 yaşında çatan bəstəkar 35 yaşında yalnız və xəstə ölüb. Onun dəfn mərasiminə yalnız sonradan həmkarının ölümündə ittiham olunan bəstəkar Entoni Salyeri gəlib.
QAZİLER.AZ