Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin həyata keçirdiyi “Aşıq Ələsgər irsinin tanıdılması” layihəsi çərçivəsində 23 avqust 2024-cü il tarixində Nizami kinoteatrında konsert proqramı keçrilib.
QAZÌLER.AZ Herbiand.az-a istinaden xəbər verir ki, tədbiri Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli açaraq bildirib ki, layihənin məqsədi Azərbaycan aşıq sənətini xüsusilə də Qərbi Azərbaycan aşıqlarının timsalında yeniyetmə və gənclər arasında təbliğ etməkdir.
Layihənin icrası nəticəsində Qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edən konsertdə 500 nəfər ziyalı, mədəniyyət nümayəndələri, aşıqlar, QHT və media nümayəndələri iştirak edib.
Aşıq sənəti Azərbaycanın milli kimliyinin qorunub saxlanılmasında öz dəsti-xətti olan xalq sənətidir. Dünya aşıq sənətini Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul edir. Ona görə də Qərbi Azərbaycanda da çox sevilən və Azərbaycanın ustad aşıqlarının əksəriyyətinin vətəni olan bu bölgənin saz-söz ustadlarının təbliğ olunması xalqımızın Qərbi Azərbaycana olan münasibətinin bir ifadə formasıdır.
Xətai Ələsgərlinin çıxışından sonra tədbir saz və söz ustadlarının maraqlı ifaları ilə davam edib.