Musiqili Teatrda 3 gündə 6 tamaşa

Musiqili Teatrda 3 gündə 6 tamaşa backend

Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 30, 31 oktyabr və 1 noyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Mən dəyərəm min cavana” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim olunacaq.

Tamaşada Xalq artisti Namiq Kamal, Əməkdar artistlər Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva və başqaları rol alıb.

Musiqili teatr bu həftə həm balaca, həm də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 30 oktyabr saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri rus dilində, 31 oktyabr saat 12.00, 14.00 və 1 noyabr 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” tamaşası isə uşaqlar üçün nümayiş olunacaq.

Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdı.
Diaspora