QAZİLƏR saytı xəbər verir ki, Türkiyənin Zaman qəzetinin yazdığına görə, Çanakkala savaşlarını özündə əks etdirən Son məktub filminin son çəkilişləri qurtarıb. Bu il martın 18-də ekranlarda göstəriləcək film 123 dəqiqədən ibarətdir və 100 ölkədə göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qarşıda Çanakkala savaşının 100 illiyi gəlir. Son məktub filmi indiyə qədər çəkilən filmlərin içində ən çox büdcəsi olan filmdir. Filmin mövzusu Çanakkala savaşları vaxtı yazılan bir məktubdan bəhs edir. Filmdə Tansel Öngel, həmyerlimiz Nəsrin Cavadzade, Nərmin Hüseynova, Barbara Sotelsek ve digər oyuncular rol alıblar.