Mədəniyyət və turizm naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək backend

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 29-da saat 11.00-da Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi) keçiriləcək qəbulda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri də daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.
Diaspora