“İçərişəhər” və “Qala” qoruqlarının muzeylərində ziyarətçilərin sayı artıb

“İçərişəhər” və “Qala” qoruqlarının muzeylərində ziyarətçilərin sayı artıb backend

UNESCO-nun Dünya Maddi İrs Siyahısında yer almış İçərişəhərin dünya әhәmiyyәtli abidələri Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi hər il minlərlə yerli və xarici qonağı qəbul edir.


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə İçәrişәhәrin muzeylərinə gələn ziyarətçilərin sayının daha da artdığı müşahidə olunur. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Qız qalasını 155.614 (2014-cü ilin eyni dövründə - 137.235), Şirvanşahlar Sarayı Kompleksini isə 73.455 (2014-cü ilin eyni dövründə - 63.154) qonaq ziyarət edib.

Bunlarla yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gələn ziyarətçilərin sayı da ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Cari ilin 9 ayı ərzində qoruğu 68.469 nəfər (2014-cü ilin eyni dövründə - 48.174) ziyarət edib.
Diaspora