Dünyanın ən məşhur film festivalının açılış mərasimi baş tutdu. ANS TV-nin məlumatına görə, Braziliyanın ən böyük şəhərlərindən olan San Pauloda Beynəlxalq Monstra festivalının açılışı baş tutub. Azərbaycan bu festivalda ilk dəfə Vahid Mutafayevin “Qanlı Yanvar” filmi ilə təmsil olunur. Film xalqımızın müasir tarixdə başına gətirilən ficiələrdən, amma hər şeyə rəğmən bir xalqın azadlığa gedən yolunun ən bariz nümunəsi kimi uzaq Amerika qitəsində dünyanın müxtəlif ölkələrindən gələn insanlara təqdim olunur.
Ekran əsəri 5 dəfə nümayiş olunacaq. Ekran əsərinin ilk nümayişi bu gecə baş tutacaq. Təxminən 17 saatdan sonra. Brazilyanın San Paulo Beynəlxalq film festivalının direktoru Renata De Almeida bir müddət əvvəl “Qanlı Yanvar” filminin festivalda iştiraki üçün filmin rejissoru Vahid Mustafa Yevə rəsmi dəvət göndərib.Bu ilki festivalda 60-dan çox ölkədən 320 film nümayiş etdirilir. 39-cu Monstra San Paulo festivalı Kinorejissor Vahid Mustafa Yevin tarixi sənədlər əsasında ekranlaşdırdıgı “Qanlı Yanvar” filminin iştirak etdiyi ikinci beynəlxalq festivaldır.
Bundan əvvəl “Qanlı Yanvar” filmi Kanadada, nüfuzlu Monreal film festivalında nümayiş olunub. Film festivalın xüsusi diplomuna da layiq görülüb.