Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirəcəyi “Aşıq Ələsgər irsinin tanıdılması” layihəsinə start verilib.
Bu barədə Qaziler.az-a ictimai birlikdən məlumat verilib.
Qeyd edilib ki, üç ay (01.06.2024 – 01.09.2024) müddətinə icra olunacaq layihə çərçivəsində “Qərbi Azərbaycan ustad aşıqlar diyarıdır” adlı konsert proqramı təqdim ediləcəkdir.