ART77-ci Kann Film Festivalının QALİBLƏRİ

ART77-ci Kann Film Festivalının QALİBLƏRİ backend

77-ci Kann Film Festivalının qalibləri məlum olub.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, əsas mükafata rejissor Şon Beykerin “Anora” filmi layiq görülüb. “Qran-pri” mükafatını Payal Kapadianın “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb.

Migel Qomes “Böyük Səyahət” filminə görə ən yaxşı rejissor seçilib, ən yaxşı ssenari mükafatı isə Korali Farqın “Maddə” filminə verilib.

Ən yaxşı aktyor Cessi Plemons ("Xeyirxahlıq" filmi) seçilib. Ən yaxşı aktrisa mükafatına isə rejissor Jak Odiardın “Emiliya Perez” musiqili-kriminal dramının bütün heyəti– Selena Qomez, Zoe Saldana, Adriana Paz və Karla Qaskon layiq görülüb.

Münsiflər heyətinin mükafatı Emilia Perezə, münsiflər heyətinin xüsusi mükafatı isə Məhəmməd Rəsulova verilib.

Həmçinin ən yaxşı qısa film mükafatını “Susmağı bacarmayan adam”, Fipressi mükafatını isə “Müqəddəs əncir toxumu” filmləri alıb.

Diaspora