"Sərhədsiz incəsənət" sərgisi açılıb

"Sərhədsiz incəsənət" sərgisi açılıb backend

Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Birləşmiş Rəssamlar Klubunun, "Shabran Wellbeing Resort" otelinin və Xətai İncəsənət Mərkəzinin dəstəyi, Beynəlxalq Rəssamlar Klubunun təşkilatçılığı ilə "Sərhədsiz incəsənət" sərgisinin açılışı keçirilib. Sərgi dünyanın müxtəlif yerlərindən istedadlı rəssamları birləşdirən Bakı 2024 Beynəlxalq İncəsənət simpoziumunun kulminasiya nöqtəsidir.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, "Sərhədsiz incəsənət" sərgisində simpoziumun iştirakçıları tərəfindən yaradılmış əsərlər təqdim olunur. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan və Türkiyədən olan rəssamlar incəsənətdə ənənəvi və müasir yanaşmaları birləşdirən unikal əsərlər nümayiş etdirirlər. İştirakçılar arasında Bəhram Xəlilov və Fərhad Yalquzaq (Azərbaycan), Luka Ququşvili (Gürcüstan), Yerbol Həmirov (Qazaxıstan), Maqomed Kaclayev (Rusiya), Xurşid Ziyaxanov (Özbəkistan), Fərrux Neqmatzade (Tacikistan) və Hənife və Hüsna Dişbudak (Türkiyə) var. Sərginin açılışında Tacikistan Rəssamlar İttifaqının sədri Nargis Həmidova da iştirak edib.

"Sərhədsiz sənət" sərgisi təsviri sənət vasitəsilə mədəni mübadilənin və peşəkar inkişafın vacibliyini vurğulayır.

Sərgi mayın 29-dək ictimaiyyət üçün açıq olacaq və hər kəsə beynəlxalq yaradıcı əməkdaşlıq və ilham atmosferinə qərq olmaq imkanı verəcək.

Diaspora