Nənələr Bakıda kino çəkəcək

Nənələr Bakıda kino çəkəcək backend

2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinin yarışmasının iştirakçıları “Buranovskiye babuşki” qrupu haqqında sənədli film çəkiləcək. ANS PRESS-in məlumatına görə, sənədli film yarışmaçıların Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinə necə hazırlaşdıqlarından bəhs olunacaq.

"Qızlar" ("Devoçki") adlı filmdə qrupun üzvləri 2012-ci ildə Bakıda keçirilmiş mahnı müsabiqəsinə hazırlığın gedişi və “Baku Crystal hall”da çıxışlarından bəhs edəcəklər.

Filmdə qrupun bütün üzvləri öz təsüratlarını bölüşəcəklər. Udmurtiya mətbuatının yazdığına görə, film qrupu Bakı səfərində müşayiət etmiş məşhur fotoqraf Vladimir Şirokov və Natalya Kiselyova tərəfindən çəkilir. Filmin promo roliki artıq internetdə yayılıb.
Diaspora