Alman aktyor və rejissor, 60 yaşlı Til Şvayger ürəyindən əməliyyat olunacaq.
Qaziler.az bildirir ki, bu barədə "Bild" qəzeti mayın 21-də sənətçinin yaxın ətrafının məlumatlarına istinadən xəbər verir.
“Aktyorun ürəyinə stent qoyulmalıdır. dostların dediyinə görə, bunun səbəbi, Şvaygerin uzun müddət siqaretdən istifadə etməsidir”, - nəşrdə qeyd edilir.
Qəzet qeyd edir ki, ötən il həddindən artıq spirtli içki qəbulu ilə mübarizə aparmağa başlayan Şvayger üçün əməliyyat "çox güman ki, onun sağlamlığına növbəti ciddi zərbə olacaq". Bundan əlavə, bu, onun yeni serialda çəkilişlərinə təsir edə bilər.
Bundan bir qədər əvvəl aktyor həyatı üçün təhlükə yaradan qan zəhərlənməsi (sepsis) ilə mübarizə aparmışdı. KİV-in məlumatına görə, ayağın amputasiyası riski var idi. Bununla belə, həkimlər Şvaygerə uğurlu müalicə kursu keçiriblər.
QAZİLER.AZ