Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək backend

Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ənənəvi festival “Kainat” Gənclik Mərkəzi tərəfindən Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə təşkil olunacaq.


Musiqi yarışmasında səkkiz ölkənin - Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə təmsilçiləri bir araya gələcək.

Gənc muğam ifaçılarının çıxışları xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.
Diaspora