Nobel mükafatı laureatının romanı Azərbaycan dilində çapa hazırlanır

Nobel mükafatı laureatının romanı Azərbaycan dilində çapa hazırlanır backend

“XAN” nəşriyyatı ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” adlı romanını nəşrə hazırlayır.



Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, müəllifin 1985-ci ildə qələmə aldığı kitab tez bir zamanda populyarlaşaraq 2 milyondan çox oxucu qazanıb. Bu səbəbdən də “XAN” nəşriyyatının sifarişi ilə kitab Nərgiz Cabbarlı tərəfindən rus dilindən Azərbaycan dilinə tərcümə edilib. Oxucular romanı oktyabrın sonunda kitab mağazalarından əldə edə biləcəklər.

Qeyd edək ki, bu il ədəbiyyat üzrə Nobel mükafatı belaruslu yazıçı və jurnalist Svetlana Aleksiyeviçə verilib. Onun ən məşhur əsərləri arasında “Müharibə qadın simalı deyil”, “Çernobıldan səslər”, “Son şahidlər: Uşaqlıqdan uzaq düşmüş xatirələr”in adlarını çəkmək olar. O da maraqlıdır ki, Svetlana Aleksiyeviç ədəbiyyat üzrə Nobel mükafatını qazanmış sayca 14-cü qadın yazıçıdır. Yazıçının əsərləri indiyədək 19 dilə tərcümə edilib.
Diaspora