Bu gün Ümumdünya Rok-n-Roll Günüdür

Bu gün Ümumdünya Rok-n-Roll Günüdür backend

13 aprel Ümumdünya Rok-n-Roll günüdür.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, Bill Heylinin məşhur "Rock around the clock" mahnısı ilə çəkildiyi film ABŞ ekranlarına çıxdığı gün - 1954-cü il aprelin 13-ü rok-n-roll rəqsinin rəsmi yaranma günü hesab olunur.

1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərindəki bu musiqi istiqaməti ABŞ-ın cənubunda qaralar və ağlar arasında uzunmüddətli mədəni qarşılıqlı əlaqə nəticəsində yaranıb.

Ümumdünya Rok-n-Roll Günü dünyada bu musiqini öz həyat tərzinə və üslubuna çevirənlərin bayramı kimi qəbul olunur. “Rock around the clock” sinqlı cəmiyyətə və ənənələrə meydan oxuyaraq ABŞ-ın sərhədlərini aşıb, bütün ölkələrə və qitələrə yayılıb. Musiqidə bu istiqamətin yaradıcılarından biri də əfsanəvi Elvis Presli olub. Onun geyim üslubu, hərəkətləri və davranışları onu yeniyetmə və gənclərin kumirinə çevirib. 1960-cı illərin əvvəllərində rok-n-rollun yeni üslubu olan pop-rok meydana gəlib. Onun əsas nümayəndələri “Bitlz” qrupunun üzvləri, liverpullu dördlük olub. Ötən illərin geniş yayılan rok musiqisi daha çox texniki, sürətli, güclü səslə müşayiət olunur.

1964-cü ildə sürətli, güclü və texniki səslənməsi ilə “Rolling Stones” meydana gəlir. 1970-ci illərdə isə psixodepik rok yaranır, onun parlaq nümayəndələri “Pink Floyd”, “Deep Purple”, “Led Zeppelin”, “Black Sabbath” idi. Bu onilliyi rok mədəniyyətinin Qızıl dövrü hesab edirlər. Yetmişinci illərin sonu pank-rokun (“zəhlətökən rok”) meydana gəlməsi ilə fərqlənib. Sadə musiqi sistemi vokalı və mətnləri ön plana çəkir. Burada tez-tez hökumətlərin, siyasətin və cəmiyyətin varlı təbəqələrinin tənqidinə rast gəlinir. Pank dalğasında “The Clash”, “Stooges”, İqti Pop qrupları məşhurlaşıb. 1980-ci illərdə qadın roku meydana gəlir, praktiki sayılan 90-cı illərdə isə ən parlaq rok-n-rollçu Kurt Kolbeyn və onun “Nirvana” qrupu fəaliyyətdə olub.

Bu gün rok musiqisi yüngül rəqs rok-n-rolundan başlamış brutal aqressiv qrayndkora qədər çoxsaylı istiqamətlərə malikdir. Mahnıların mətnləri dərin və fəlsəfi məzmundan ibarətdir. Çox vaxt rok musiqisi ilə pop musiqisini qarşılaşdırırlar, hərçənd bu iki anlayış arasında görülə bilən elə bir sərhəd yoxdur.

Klivlend şəhərində Rock-n-Roll Hall of Fame adlı bu istiqamət üzrə bir muzey var.

Diaspora