Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli martın 16-da ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla Sivilizasiyalar Alyansı arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıb.
QAZILER.AZ APA-ya istinaden verdiyi melumata göre, őlkəmizə yenidən səfər etməkdən məmnunluğunu bildirən Migel Anxel Moratinos Sivilizasiyalar Alyansının "Bakı Prosesi" çərçivəsində bu ilin 1-3 may tarixlərində paytaxtımızda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əsas tərəfdaş kimi fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb