Naxçıvanda Milli Teatr Günü qeyd olunub

Naxçıvanda Milli Teatr Günü qeyd olunub backend

Milli Teatr Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub.

QAZİLER AZ  AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada Xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Nazlı Hüseynquliyeva, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov və Əli Əliyevlə yanaşı, Ələsgər Quliyev, Zəminə Məmmədova, Şölə Alışova, Səkinə Məmmədova, Saynur Babayev, Səyyad Bayramov və digər aktyorlar rol alıblar.

Qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Tamaşada səriştəsiz xan və vəzirinin yarıtmaz əməlləri gülüş hədəfinə çevrilib.

 

 

Diaspora