Bakıdakı Rus evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi - RİMM) Beynəlxalq Qadınlar Gününə həsr olunmuş estrada musiqisi konserti keçirilib. Tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) tərəfindən birgə təşkil edilib.
QAZİLER AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tanınmış artistlərin, həmçinin sənətə yeni qədəm qoyan musiqiçilərin ifasında təqdim olunan konsertin aparıcısı aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina ifaçılar və səsləndirilən musiqi əsərləri haqqında maraqlı faktları auditoriyaya çatdırıb.
Azərbaycanın Əməkdar artisti Anton Ferştandtın, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərovanın, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanovanın, Fərhad Ələkbərovun, Elyar Əliyevin, Azərbaycan Dövlət Opera və Balet Teatrının artistləri Ruslana Persanın, İradə İsayevanın, İradə Abışlının, BMA-nın məzunları Aminat Əhmədovanın, Nərgiz Məmmədovanın, Emil İsmayılovun, BMA-nın tələbəsi Gülzar Hüseynovanın, Cavid Babayevin, şairə Lalə Həsənovanın, gənc pianoçu Anya Yurinanın və tədbirin xüsusi qonağı Hüseyn Abdullayevin ifasında ötən illərin ölməz şlyagerləri və müasir dövrün ən məşhur hitləri səsləndirilib.