“Kitabi-Dədə Qorqud” saz və söz işığında” mövzusunda tədbir keçirilib

“Kitabi-Dədə Qorqud” saz və söz işığında” mövzusunda tədbir keçirilib backend

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Kitabi-Dədə Qorqud” saz və söz işığında” mövzusunda tədbir keçirilib.

APA-nın xəbəri nə görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bu il Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz dastanı - “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü olduğunu bildirib. O qeyd edib ki, dastanın “Təpəgöz” boyunun 1815-ci ildə elmi müstəviyə çıxarılmasının 200-cü ildönümü ilə əlaqədar ilboyu təbliğatının aparılması məqsədilə ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Akademikin sözlərinə görə, dastanın elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox önəmlidir.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud”: dilimiz, düşüncəmiz”, AMEA-nın müxbir üzvü Zemfira Səfərova“Kitabi-Dədə Qorqud”un musiqi dünyası” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində əməkdar artisti Mehriban Zəki və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlunun iştirakı ilə “Kitabı-Dədə Qorqud” dastanından maraqlı bədii kompozisiyalar təqdim olunub.
Diaspora