“Xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır”. Lent.az-ın məlumatına görə, bunu aktyor Elnur Kərimov bildirib. Sosial şəbəkədə status yazan aktyor qeyd edib ki, xalq artistinin yas mərasimini keçirtmək üçün pul lazımdır: “Aldığım məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır. Çox acınacaqlı vəziyyət yaranıb. Axı yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Allah kömək olsun. İnşallah, yardım edən tapıl
ar”.Qeyd edək ki, N. Əhmədova 1 saylı Klinik Şəhər Xəstəxanasında ürək çatışmazlığından vəfat edib.