“Hədəf” Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcək.
Müsabiqənin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, əsərlərin mətni üçün işarə sayı məhdudiyyəti ləğv edilib.Layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Layihənin rəhbəri Müşfiq XAN bildirib ki, bu il ikinci dəfə keçiriləcək müsabiqə fevral-avqust aylarını əhatə edəcək. Mükafatlandırma isə bu ilin sentyabr ayında təşkil olunacaq.
Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir, iştirak etmək üçün maksimum yaş həddi 40 yaşdır.
Əsərlərin qəbulu fevralın 21-dən başlayıb, mayın 1-də başa çatacaq.
Birinci yerin qalibinə noutbuk, ikinci yerin qalibinə planşet, üçüncü və dördüncü yerin qalibinə isə netbuk veriləcək.