Bəstəkar Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNİB

Bəstəkar Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNİB backend

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

APA xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

07:30

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.

Diaspora