ATV-dən Azərbaycan incəsənətinə böyük dəstək

ATV-dən Azərbaycan incəsənətinə böyük dəstək backend

Artıq ATV kanalı hər ay bir rəssamın əsərlərinə ev sahibliyi edəcək Bu gün ATV-nin binasında "ATV Qalereya" adlı sərginin açılışı olub. Sərgidə rəssam Etibar Aslanovun əsərləri geniş ictimaiyyətə təqdim edilib.

“Azərbaycan nefti: tarix və müasirlik” adlı tematik sərgidə əsərlərin əksəriyyəti kompüter qrafikası ilə hazırlanıb və Azərbaycanda neftçıxarmanın inkişaf tarixini əks etdirir.

Sərgidə ATV rəhbərliyi ilə yanaşı, tanınmış rəssamlar və incəsənət xadimləri də iştirak ediblər. Rəssamın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, ATV bu təşəbbüsünü davam etdirəcək. Hər ay bir rəssamın əsərləri "ATV Qalereya"da sərgilənəcək. Bir ay boyunca davam edəcək hər bir sərgini ATV əməkdaşları və kanalımıza gələn qonaqlar izləyə biləcəklər.

Qeyd edək ki, rəssamlıqda kompüter qrafikası üslubu öz mənşəyini keçən əsrin 60-cı illərindən götürür. Bu üslubda çəkilən əsərləri sərgi formasında geniş aidutoriyaya təqdim edən ilk rəssam isə Etibar Aslanvovdur.

Sərgi ilə bağlı geniş reportaja bu gün "ATV Xəbərin" 21:00 buraxılışında baxa bilərsiniz.
Diaspora