Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev Qərb dəbinin təsirinə düşməkdən yayına bilməyib və sonra bunun əvəzini çox acı şəkildə ödəməli olub.
Artist yaradıcılığını bir az dəyişən kimi ona qarşı sərt tədbirlərə əl atılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bununla bağlı bir maraqlı məlumatı təqdim edir:
“Dünyanın ən yaxşı şəhəri” mahnısı ulduzun digər bəstələrindən nəzərəçarpacaq dərəcədə fərqlənir.
60-cı illərin əvvəllərində digər ölkələrdə twist modası artıq sönməkdə olduğu halda, SSRİ-də yeni yaranırdı. Müğənni üçün bu, ilk təcrübə idi.
İfaçı onun üçün ilham mənbəyinin Adriano Çelentanonun "24.000 baci" adlı əsəri olduğunu gizlətməyib. Amma bu vəziyyətin plagiatla heç bir əlaqəsi yoxdur. Sovet musiqiçisinin yaradıcılığı 1964-cü ildə o qədər populyarlıq qazanmışdı ki, hakimiyyət buna diqqət yetirirdi.
Belə görünürdü ki, Moskvanı tərifləyən mətndə pis heç nə yoxdur və ola da bilməzdi, amma siyasətçilər bunu " tapmışdılar".
SSRİ-nin paytaxtı haqqında əcnəbi üslubda mahnı oxumaq o vaxt çoxlarını qəzəbləndirmişdi. Və mahnının radioda yayımı qadağan edilmişdi. Xoşbəxtlikdən, qəribə qərarın "ömrü" uzun sürməyib. Sağlam düşüncə qalib gəlib və hit yenidən kütlələr üçün əlçatan olub.
QAZİLER.AZ