Baba Vəziroğlu: “Düşünürəm ki, gözlənilməz olması daha yaxşıdır” - AÇIQLAMA

Baba Vəziroğlu: “Düşünürəm ki, gözlənilməz olması daha yaxşıdır” -  AÇIQLAMA backend

“Şərəf” ordeni ilə təltif olunmağımdan yeni xəbər tutdum”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunan yazıçı Baba Vəziroğlu deyib.

Yazıçı mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib:

“Yeni xəbər tutdum. Bir neçə dəqiqə ərzində saysız-hesabsız təbriklər gəlir. Gözlənilməz oldu. Düşünürəm ki, gözlənilməz olmağı yaxşıdır. Amma mən onu bilirəm ki, Prezidentin nəzərindən heç nə qaçmır. Bir söz demişdi. O sözü hər zaman xatırlayıram. Demişdi ki, “nəyi nə vaxt və necə edəcəyimi yaxşı bilirəm”. Zaman sübut etdi ki, doğrudan da, bu belədir. Diqqətiniz üçün minnətdaram. Dəyər verdiyiniz üçün təşəkkür edirəm”.

Qeyd edək ki, yazıçı Baba Vəziroğlu 2000-ci ildə “Humay” mükafatı alıb, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” adına layiq görülüb. 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu yanvarın 10-da 70 yaşını tamam edib.

Diaspora