Azərbaycan Dövlət Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edir. Teatrdan Lent.az-a verilən məlumata görə, seçim Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Teatrında yeni teatr siyasətinin formalaşmasını, islahatların aparılmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etməkdir.Müsabiqənin şərtləri:
- Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20
yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər;
- Sənədlərin qəbulu 01 dekabr 2015-ci ilə qədər davam edəcək.