"Rembo" və "Universal əsgər" filmlərinin aktyoru 83 yaşında vəfat etdi

"Rembo" və "Universal əsgər" filmlərinin aktyoru 83 yaşında vəfat etdi backend

"Rembo" və "Universal Əsgər" filmlərinin aktyoru Voyo Qoriç 83 yaşında vəfat edib

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, “Rembo: Birinci Qan II hissə”, “Universal Əsgər”  filmlərində rol alan yuqoslaviyalı aktyor və kaskadyor Voyo Qoriç Los-Ancelesdə vəfat edib.

Ölümün dəqiq səbəbi hələlik məlum deyil.

Voyo Qoriç aktyorluq karyerasına 1964-cü ildə başlayıb. Ümumilikdə aktyorun filmoqrafiyasına 33 film daxildir.

Qoriç aktyorluq karyerasına başlamazdan əvvəl Silvestr Stallonenin cangüdəni, bouncer və hətta cangüdəni kimi çalışıb. “Rembo 2” filmində ona özünü ifadə etmək imkanı verən Stallone oldu. Bu film aktyora dünya şöhrəti gətirdi.

O, həmçinin Jan-Klod Van Dammın  “Universal əsgər” və “Şir ürəyi” kimi məşhur filmlərində rol alıb.

QAZİLER.AZ

Diaspora