EDHO-nun "İlyas"ı məşhur serialda

EDHO-nun "İlyas"ı məşhur serialda backend

"Eşkiya dünyaya hükümdar olmaz" serialında yaratdığı "İlyas Çakırbeyli"  obrazı ilə geniş tamaşaçı rəğbəti qazanan  aktyor Ozan Akbaba yenidən geri dönüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, əfsanəvi "Eşkıya Dünyaya Hökmdar Olmaz" serialında canlandırdığı 'İlyas Çakırbəyli' obrazı ilə geniş pərəstişkar kütləsi qazanan Ozan Akbaba uğurlu aktyor oyunu və yaraşıqlılığı ilə diqqət çəkir.

Uğurlu aktyor oyunu və xarizması ilə sevilən məşhur aktyor son olaraq  "Kasaba doktoru" serialında rol almışdı.

Layihəsi tamamlandıqdan sonra bir çox seriallardan təklif alan Ozan Akbabanın çəkiləcəyi yeni serialı bəlli olub. 

Jurnalist Birsen Altuntaşın xəbərinə görə; Akbaba keçmiş həmkarı Oktay Kaynarcanın rol aldığı "Ben Bu Cihana Sığmazam" serialının heyətinə qatılıb.

Ozan Akbabanın serialda "Qardaşov" obrazını canlandıracağı və onun Cəzairə kömək üçün gələn azərbaycanlı iş adamı obrazını canlandıracağı iddia edilir.

QAZİLER.AZ

Diaspora