Rusiya şou-biznesi maraq içindədir...
Polina Qaqarinanın 16 yaşlı oğlu "Səs"in ulduzu ilə ictimaiyyət arasına çıxdı. Beləki, müğənninin oğlu Andrey Kislovla Viktoriya Solomaxinanın birgə konsertə qatıldıqları bildirilib.
Qaqarinanın 16 yaşlı varisi Migelin "Kiçik kibritçi qız" adlı immersiv rəqs şousunun təqdimatına Solomaxina ilə birlikdə gəlib. Kislovla Solomaxina arasında münasibətlərin hansı vəziyyətdə olduğu hələlik məlum deyil.
Qaqarinanın oğlu nadir hallarda ictimaiyyət qarşısına çıxır. Kislovun sosial media hesabı bağlı olduğundan bu haqda ətraflı məlumat vermək mümkün olmayıb.
QAZİLER.AZ Rusiya mediasına istinadən bildirir ki, Viktoriya Solomaxina "Səs" şousunun yarımfinalçısıdır, həmçinin müğənni Polina Qaqarinanın komandasında çıxış edib.
Polina Qaqarina iki dəfə ailə qurub. Aktyor Pyotr Kislovla ailə quran müğənninin 2007-ci ildə Andrey adlı oğlu dünyaya gəlib. 2010-cu ildə evlilik pozulub. 2014-cü ildə Qaqarina fotoqraf Dmitri İsxakovla ailə qurub, 2017-ci ildə isə qızı Mianı dünyaya gətirib. 2020-ci ilin dekabrında boşanıblar.
Qaqarinanın oğlu 2021-ci ildə musiqi məktəbini uğurla bitirib və anası ilə bir neçə dəfə konsertlərdə çıxış edib. Sənətçi gəncin müşayiəti ilə mahnılar ifa edib. Kislovun artıq öz studiyası var və burada musiqi əsərlərinə aranjimanlar hazırlayır.
QAZİLER.AZ