TEATR, KİNO VƏ TELEVİZİYA...

TEATR, KİNO VƏ TELEVİZİYA... backend

AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsi “Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” adlı seminar təşkil edib. Bu barədə institutdan QAZİLƏR saytına məlumat veriblər.

Fevralın 18-də AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsi tərəfindən “Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov teatr və mass media arasındakı münasibətlərdən söz açıb, teatrla KİV arasında səmərəli ünsiyyət və əməkdaşlıq əlaqələrinin yaradılmasını seminarın başlıca məqsədi kimi təqdim edib.
Tədbirdə teatr və mass media münasibətlərinin hazırkı durumuna nəzər salınıb, mövcud problemlər müəyyənləşdirilib və gələcək inkişaf perspektivlərinin təyin olunmasına cəhd göstərilib.
Qeyd edək ki, bu seminar “Teatr, kino və televiziya” şöbəsinin son bir il ərzində keçirdiyi sayca dördüncü seminardır. Buna qədər keçirlən “Azərbaycan sirk sənəti dünya arenasında”, “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı”, “Müasir Azərbaycan kinosu: problemlər, perspektivlər”, mövzulu seminarlar mədəni ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Diaspora