Azərbaycanın Xalq Artisti, xanəndə Alim Qasımov Norveç və İsveçrədə konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, sənətkar oktyabrın 26-dan 30-dək Norveçdə qastrol səfərində olacaq.
Norveçdə reallaşacaq konsertdə Xalq Artisti qızı, Əməkdar Artist Fərqanə Qasımova ilə birlikdə səhnəyə çıxacaq.
Növbəti qastrol səfəri isə noyabrın 4-dən 7-dək İsveçrəyə olacaq. Bu ölkənin Cenevrə şəhərindəki konsertdə Alim Qasımovu ansamblı müşayiət edəcək.
Hər iki konsert proqramında Alim Qasımov və Fərqanə Qasımova Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarını və təsnifləri ifa edəcək.