Dünya məşhurları Bakıya “Məhəbbət əfsanəsi”ni izləməyə gəlir

Dünya məşhurları Bakıya “Məhəbbət əfsanəsi”ni izləməyə gəlir backend

Dünya məşhurları Bakıya “Məhəbbət əfsanəsi”ni izləməyə gəlir.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, “royalların Ferrarisi” adını almış, dünyacaməşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı, “müasir Stradivari” Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Tsiskaridze sentyabrın 18-də “Məhəbbət əfsanəsi”nin möhtəşəm təqdimatını izləmək üçün Bakıya gəlir.

Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında təqdim olunacaq.

 

 

Diaspora