21-24 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2015”) sərgisi keçiriləcək.
“Aqua-Therm Baku 2015” sərgisi İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri (HVAC), Üzgüçülük hovuzları, sauna və SPA mərkəzləri üçün avadanlıqlar üzrə regionun aparıcı peşəkar tədbiridir.Sərgi Bakı Ekspo Mərkəzinin 2 və 4-cü zallarında keçiriləcək və Azərbaycan, İtaliya, Çin, Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, Belçika, Danimarka, Almaniya və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkətləri bir araya toplayacaq. Hazırda sərgi iştirakçıları arasında “Aquamarket” (Azərbaycan), “Aquart” (Azərbaycan), “Azelektro” (Azərbaycan), “Chemoform” (Almaniya), “Danfoss” (Azərbaycan-Danimarka), “Euroclima” (Azərbaycan), “Kaskad – Hidro” (Azərbaycan-İtaliya), “Terendis” (Belçika), “Sauna Insaat" (Azərbaycan-Finlandiya), Çinin “Yuhuan Jingyu” klapan zavodu, “Metak” (Azərbaycan), “Yusiko” (Azərbaycan), “Azertexnolayn” (Azərbaycan) və bir sıra digər şirkətlər yer alır.
“Aqua-Therm Baku 2015” sərgisi hovuz üçün avadanlıqlar, iqlim avadanlıqları, havalandırma / istilik / kanalizasiya sistemləri, su filtrləri, plastik borular, fitinqlər (santexnika ləvazimatları), radiatorlar, qazanlar, su çənləri, günəş qızdırıcıları, soyutma üçün aqreqatlar, hava boruları, havalandırma kanalları, hava şlanqları, qaz filtrləri, qaz tənzimləyiciləri, istilik dəyişdiriciləri və digər məhsulları geniş şəkildə təqdim edir.
Yeni məhsullara qaz rampaları, suyun emalı və çirkab suların təmizlənməsi üçün yeni texnologiyalar və izolyasiya edilmiş elastik (plastik) boruları nümunə göstərmək olar. Sərgidə Altintaş, Arcelik, Belimo, Bugatti, Chemoform AG, Danfoss, Elektro-Kalori Esbe, Flam, Firestone, Harvia, Hidtrotech Group, Immergas, Metem, Mitsubishi, Vargon, Fujitsu və digər brendlər təqdim olunacaq.
“Aqua-Therm Baku 2015” sərgisi ziyarətçilərə sənayenin müvafiq sahələrində əldə edilmiş nailiyyətlərlə tanışlıq üçün əla imkan yaratmaqla yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də qarşılıqlı faydalı müqavilələrin imzalanmasına da kömək edəcək.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE
Group” (Böyük Britaniya) şirkətləri çıxış edirlər. Sərginin uğuru “ITE Group” şirkətinin fəal surətdə beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərdə iştiraka cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin kollektiv işinin nəticəsidir. Sözügedən tərəfdaş şirkətlər arasında “EUF” (Тürkiyə), “ITE Gulf” (BƏƏ), “ITE China” (Çin) şirkətləri yer alır. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəsmi dəstəyi ilə keçirilir. “Aqua-Therm Baku 2015” sərgisi haqqında daha ətraflı məlumat üçün sərginin rəsmi veb-saytına (www.aquatherm.az) daxil ola bilərsiniz.