Kazanda beynəlxalq şeir gecəsi keçiriləcək

Kazanda beynəlxalq şeir gecəsi keçiriləcək backend

XI “Türkcənin Uluslararası Şeir Şöləni” Kazanda (Tatarıstan) keçiriləcək. Beynəlxalq şeir gecəsi ilk dəfə 1992-ci ildə Bursada, daha sonra Alma-Ata (Qazaxıstan), Aşqabad (Türkmənistan), Girnə (Şimali Kipr), Strasburq (Fransa), Akməscid (Simferopol - Krım), Üsküp (Makedoniya), Bakı (Azərbaycan), Prizren (Kosova) və Bişkəkdə (Qırğızıstan) keçirilib. Bu dəfə 1-4 oktyabr 2015-ci il tarixləri arasında keçiriləcək şölənə bütün Türk dünyasından və digər ölkələrdən türkcə yazan şairlər dəvət edilir.

Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən düzənlənən XI “Türkcənin Uluslararası Şeir Şöləni”nə TYB başqanı prof. dr. Hicabi Kırlangıçın imzası ilə Azərbaycandan da (həmişə olduğu kimi) şairlər dəvət olunub.

Prof. dr. Brontoi Bedyurov (Altay), Muraddin Ölmezov (Qaraçay-Malkar), Atacan Tagan (Türkmənistan), Əməl Qaya (Şimali Kipr), Oktay Taftalı (Avstriya), Gülnihal Ölçüm (Almaniya), Zəkiyə Doğan (Hollandiya), Dauren Kassenov (Qazaxıstan), Azam Abidov (Özbəkistan), Timur Davletov (Xakasiya), Çulpan Zarip Çətinin, eləcə də Türkiyə Yazarlar Birliyinin, Tatarıstan Yazıçılar Birliyinin rəhbər heyətlərinin və fəal üzvlərinin qatılacağı XI Şöləndə respublikamızı şair-publisistlər – Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və “Axar.az” saytının əməkdaşı Faiq Balabəyli təmsil edərkən, Borçalı və Güney Azərbaycanı təmsilən də soydaşlarımız qatılacaq.

Beləliklə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Şimali Kipr, Tatarıstan, Saxa-Yakutiya, Başqırdıstan, Xakasiya, Krım, Qaraqalpaq, Altay, Dağlıq Altay, Dağıstan (Noqay, Qaraçay-Malkar, Kumık), Qaqauziya, Güney Azərbaycan, habelə Almaniya, Avstriya, Hollandiya, Gürcüstan kimi ölkə, muxtar ölkə, bölgə və topluluqlardan toplam 200-ə yaxın şair, ədəbiyyat bilimçisi, ssenarist və jurnalistin qatılacağı şölən öz miqyası və gündəliyi ilə diqqəti cəlb edir. Şölənin proqramında təntənəli açılış, Kazanın gəzməli-görməli yerlərinə ziyarətlər, rəsmi qəbullar, nümayəndələrin müxtəlif ədəbi mövzular ətrafında müzakirələrdə iştirakı, habelə poeziya axşamlarının keçirlməsi və təltiflər nəzərdə tutulub.
Diaspora