Məşhur opera müğənnisi Anna Netrebko Nyu-Yorkdakı məşhur Metropoliten Operaya qarşı məhkəmə iddiası qaldırıb.
Lent.az “Guardian”a istinadla xəbər verir ki, xanım müğənni opera şirkətindən 360 000 dollar maddi təzminat tələb edir.
Buna səbəb Ukraynaya hücumu müdafiə edən bəyanatlarına görə Netrebko ilə əməkdaşlığa xitam verilməsidir. Opera isə müğənninin iddialarını əsassız hesab edir. Bildirilir ki, ötən il ona müəyyən məbləğdə təzminat ödənilib.
Qeyd edək ki, dünya şöhrətli opera müğənnisi Anna Netrebko azərbaycanlı musiqiçi, Xalq artisti Yusif Eyvazovun arvadıdır.