Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun rus dilində nəşr olunmuş "Qız qalası" ("Девичья башня") kitabının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalara hədiyyə edilməsinə həsr olunmuş tədbir keçiriləcək.
AYB-dən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində müəllif kitab haqqında düşüncələrini oxucularla bölüşəcək.