Azərbaycanlı şair Dünya Şairlər Hərəkatının Azərbaycan üzrə səfiri təyin olunub

Azərbaycanlı şair Dünya Şairlər Hərəkatının Azərbaycan üzrə səfiri təyin olunub backend

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin rəhbəri Səlim Babullaoğlu bu günlərdə Dünya Şairlər Hərəkatının Azərbaycan üzrə səfiri təyin edilib.

S. Babullaoğlu AZƏRTAC-a müsahibəsində bildirib ki, o, hərəkatın Azərbaycandan olan ilk üzvüdür.

O deyib: "Dünya Şairlər Hərəkatı 2005-ci ildə Çili şairi Luis Arias Manzo tərəfindən Valparaisoda yaradılıb. Bu 5 qitə, 120 ölkəni əhatə edən 8 mindən artıq üzvü olan ən böyük peşəkar poetik gildiyadır. Qurumun baş katibi Luis Arias Manzo, prezidenti Athanase Vantchev de Thracyidir. Hərəkatın baş ofisi Çilidə, prezident ofisi isə Fransada yerləşir".

Həmyerlimiz bu hərəkata Dünya Yazıçılarının 52-ci Beynəlxalq Belqrad Toplantısından sonra layiq görülüb. O, hərəkatın Avropa üzrə vitse-prezidenti Duşka Vrxovasdan və qurumun prezidenti Athanase Vantchev de Thracydən məktub alıb. Məktublarda Səlim Babullaoğlunun bu şərəfli vəzifəyə namizədliyi öz təsdiqini tapıb.

S.Babullaoğlu bu hərəkatın Azərbaycan ədəbiyyatına öz töhfəsini verəcəyini söyləyib.
Diaspora