Mozalan studiyasının elan etdiyi “Ən yaxşı bədii süjet ssenariləri 1” müsabiqəsinin nəticələri elan olunub.
C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, münsiflərin rəyinə əsasən birinci yerə əməkdar incəsənət xadimi, rejissor Ramiz Fətəliyevin “Yaxşı yol”, ikinci yerə Şəfaqət Mirzəyevanın “Bir kitab qiymətinə”, üçüncü yerə isə Vüqar Əlisoyun “Sağ olsun Müseyif müəllim” ssenariləri layiq görülüb.Növbəti yerləri “Yol əhvalatı” ssenarisi ilə Məmməd Ağa Məmmədov və Ruslan Paşayev bölüşüblər.
Qeyd edək ki, noyabrın 15-də elan olunan müsabiqədə peşəkar dramaturqlarla yanaşı, özünün bacarığına əmin olan, həyatda gördüyü gülməli əhvalatları ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilərdilər.